Modern.az

Lökbatanda vulkan püskürdü

Lökbatanda vulkan püskürdü

Hadisə

9 Aprel 2025, 13:18

Lökbatan palçıq vulkanında püskürmə qeydə alınıb.

Bu barədə Modern.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Mərkəzin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi tərəfindən 09 aprel 2025-ci il tarixində, yerli vaxtla saat 04:04-də Lökbatan palçıq vulkanının növbəti püskürməsini qeydə alıb.

Qeyd edilib ki, püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada qeydə alınıb. Birinci faza yerli vaxtla 04:04-də, ikinci faza saat 05:20-də, üçüncü faza saat 05:31-də qeydə alınıb.

Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?