Modern.az

1 otaqlı evdə yanğın - sahibi ÖLDÜ

1 otaqlı evdə yanğın - sahibi ÖLDÜ

Hadisə

11 Aprel 2025, 21:32

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Naxçıvan şəhərinin Sabir küçəsində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az-ın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

 

Hadisə nəticəsində 1 mərtəbəli, 1 otaqlı, 28 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin 4 kvadratmetr hissəsində yataq dəsti yanıb, 24 kvadratmetr hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

 

Yanğın zamanı ev sahibi 1969-cu il təvəllüdlü Hüseynov Vəli Şuqeyib oğlu həyatını itirib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?