Modern.az

Naxçıvanda ağır qəza - 5 nəfər yaralandı

Naxçıvanda ağır qəza - 5 nəfər yaralandı

Hadisə

12 Aprel 2025, 22:14

Naxçıvanda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistral yolun Kəngərli rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İki avtomobilin toqquşması nəticəsində Şərur rayon sakinləri; - 1968-ci il təvəllüdlü Şükürova Xumar Şükür qızı, 1980-ci il təvəllüdlü Fərəcov Elməddin Elçin oğlu, 1986-cı il təvəllüdlü Məmmədova Günay Yavər qızı, 1990-cı il təvəllüdlü Tağıyev Qadir Heydər oğlu və 2010-cu il təvəllüdlü Fərəcli Elvinə Elməddin qızı xəsarət alıblar.

 

Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?