Modern.az

Yeniyetmə qızı döyüb videosunu çəkdilər - DİN-dən açıqlama

Yeniyetmə qızı döyüb videosunu çəkdilər - DİN-dən açıqlama

Hadisə

14 Aprel 2025, 18:59

Sosial şəbəkələrdə Sumqayıtda yeniyetmə qızın döyülməsi ilə bağlı görüntülər yayılıb. 

 

Modern.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, görüntülərlə bağlı araşdırmalara başlanılıb.

 

“Sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir”, - açıqlamada bildirilib. 

 

Qeyd edək ki, görüntülərdə azyaşlı qız amansızcasına döyülüb. Həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?