Modern.az

35 yaşlı kişi dəm qazından boğuldu

35 yaşlı kişi dəm qazından boğuldu

Hadisə

16 Aprel 2025, 16:50

Zaqatalada 35 yaşlı kişi dəm qazından boğulub.

Modern.az-ın məlumatına görə, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən evdə baş verib.

İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Anar Abdullayevin meyiti yaşadığı evin hamamında aşkar edilib. Onun dəm qazından boğulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular