Modern.az

Şabranda güclü sel evi dağıtdı - ANBAAN GÖRÜNTÜLƏR 

Şabranda güclü sel evi dağıtdı - ANBAAN GÖRÜNTÜLƏR 

Hadisə

16 Aprel 2025, 21:01

Güclü yağış Şabran rayonunda fəsadlar törədib.

Modern.az xəbər verir ki, rayonda evlərdən biri sel nəticəsində dağılıb.

Görüntülər sosial şəbəkədə paylaşıb. Hadisənin 20 Yanvar küçəsində baş verdiyi bildirilir.

Qeyd edək ki, yağış nəticəsində rayonunun içərisindən keçən Dəvəçi çayı daşıb. Güclü sel səbəbindən rayon mərkəzində çayın üzərindəki körpülərdə hərəkət məhdudlaşdırılıb. Ətraf ərazidə yaşayan 15 ailə təhlükəsiz yerə təxliyə edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü