Modern.az

Binəqədidə yanğın - Maşınlar kül oldu

Binəqədidə yanğın - Maşınlar kül oldu

20 Aprel 2025, 15:47

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. 

 

Qeyd edək ki, yanğında onlarla maşın da kül olub. Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yanğın səbəbindən Ziya Bünyadov və Atatürk prospektləri, Cəfər Xəndan, Əcəmi Naxçivani küçələrindən Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli küçələri istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

 

***

15:18

 

Bakının Binəqədi rayonunda yerləşən obyektlərin birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

 

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

 

***

15:23

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Bu barədə Modern.az-a FHN-dən bildirilib.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

 

Əlavə məlumat veriləcək.

 

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?