Modern.az

Salyanda faciə - sürücü öldü

Salyanda faciə - sürücü öldü

Hadisə

20 Aprel 2025, 21:08

Salyan rayonunda kranın qırılan trosu ölümə səbəb olub.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda, “Yolüstü” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

 

Belə ki, 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzağa oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

 

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

 

Lakin hadisə yerinə avtomobili qaldırmaq üçün gələn kranın trosu qırılıb və nəqliyyat vasitəsi sürücünün üzərinə düşüb. Nəticədə Quliyev Sədrəddin hadisə yerində keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?