Modern.az

Qidadan zəhərlənənlər evə buraxıldı - YENİLƏNİB

Qidadan zəhərlənənlər evə buraxıldı - YENİLƏNİB

Hadisə

22 Aprel 2025, 10:14

22.04.2025-ci il tarixində saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Modern.az-a TƏBİB-dən bildirilib.

Funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

09:21

Gəncədə bir ailənin beş üzvünün zəhərlənməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsi tərəfindən məsələ  nəzarətə götürülüb.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək", - açıqlamada deyilir.

***

09:08

Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib. 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə  Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır. 

İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?