Modern.az

Hövsanda spirt sexi yandı - Ölən və yaralı var - YENİLƏNİB

Hövsanda spirt sexi yandı - Ölən və yaralı var - YENİLƏNİB

Hadisə

22 Aprel 2025, 10:02

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin (spirt məhsulları istehsalı sexi kimi fəaliyyət göstərən) yanar konstruksiyaları yanıb.

Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Daha 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

09:38

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində evdə partlayış olub.

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.

Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya şok təzyiq - Təxribat gözlənilir