Modern.az

Zaqatalada zəncirvari qəza - Yaralılar var

Zaqatalada zəncirvari qəza - Yaralılar var

Hadisə

23 Aprel 2025, 08:27

Zaqatalanın mərkəzində üç avtomobil toqquşub.

 

Modern.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

 

Şəhər ərazisində “Mercedes” markalı avtomobili əvvəlcə sərnişin daşıyan “Mercedes-Vito”, daha sonra “BMW” ilə toqquşub.

 

Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilib. Həkimlər yaralıların vəziyyətini orta-ağır qiymətləndirir.

 

Faktla bağlı Polis Şöbəsində araşdırma başlanılıb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?