Modern.az

Sevdiyi qızın atasını söyüşə görə bıçaqladı - HƏBS EDİLDİ

Sevdiyi qızın atasını söyüşə görə bıçaqladı - HƏBS EDİLDİ

Hadisə

23 Aprel 2025, 10:58

Goranboyda sevdiyi qızın atasını bıçaqlayan gəncə hökm oxunub.

Modern.az-ın məlumatına görə. hadisə ötən ilin dekabr ayında baş verib.

1981-ci il təvəllüdlü V.Nağıyev 24 yaşlı həmkəndlisi İsmayılın qızını sevməsini eşitdikdən sonra ona qızından uzaq dayanmasını bildirib.

Qızın atası hadisə günü şəxsi avtomobilində İsmayılla görüşüb və bu zaman mübahisə yaranıb. Söhbət zamanı onlar bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər.

İsmayıl yolda avtomobili saxlatdıraraq maşından düşüb və qızın atasını əvvəlcə bud və baldır hissəsindən bıçaqlayıb. 

O, daha sonra V.Nağıyevə bıçağı göstərib “bunu sənin ürəyinə soxacam” sözlərini deyib, ardınca  bıçağı onun sinəsinə vurub. Həmin vaxt avtomobilin mühərriki işlək vəziyyətdə olub. Qızın atası sinəsindən qan axdığını görüb qaza basaraq hadisə yerindən uzaqlaşıb. Həmin yerlə onun yaşadığı evin arasında 100 metr məsafə olub. O, yaşadığı evin qarşısına gələrək yoldaşını çağırıb, yoldaşı avtomobilə əyləşən zaman hər yerin qana bulaşdığını görüb.

Yaralı yoldaşı ilə Goranboy rayon mərkəzi xəstəxanasına gedən zaman yolda qanitirmədən dodağı partlayıb, huşunu itirib və idarə etməni də itirdiyi üçün avtomobil su arxına düşüb. O, yoldaşının köməkliyi ilə avtomobildən düşüb yolun kənarına çıxıb və xəstəxanaya gedib.

İsmayıl məhkəmədə qızın atasının ağır söyüşlər işlətdiyini və buna görə qisas almaq istədiyini bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən İsmayıl Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?