Modern.az

Lerikdə mikroavtobus aşdı - 1 ölü, 4 yaralı

Lerikdə mikroavtobus aşdı - 1 ölü, 4 yaralı

Hadisə

24 Aprel 2025, 11:10

Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib.

İlkin məlumata əsasən, "Ford" markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?