Modern.az

Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Yaralılar var

Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Yaralılar var

Hadisə

26 Aprel 2025, 08:06

Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

 

Modern.az xəbər verir ki, nəticədə mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib. Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb. Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol- nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?