Modern.az

Yol polisi Bakı-Qazax yolundakı ağır qəza ilə bağlı məlumat yaydı - FOTO

Yol polisi Bakı-Qazax yolundakı ağır qəza ilə bağlı məlumat yaydı - FOTO

Hadisə

28 Aprel 2025, 17:22

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ötən gün Bakı-Qazax yolunda baş verən qəza barədə məlumat yayıb.

İdarədən Modern.az-a verilən məlumatda qeyd olunub ki, dünən saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən, yükün dağılmasının qarşısını almaq məqsədilə nəqliyyat vasitəsini sol hərəkət zolağında dayandıraraq avtomobildən düşüb.

Bu zaman həmin zolaqda hərəkətdə olan “Avatr” markalı avtomobilin sürücüsü Pərviz Qəribov, güclü külək səbəbindən dağılmaqda olan yükü saxlamağa çalışan S.Zeyniyevi vurub və dayanmış avtomobillə toqquşub. Nəticədə Süleyman Zeyniyev hadisə yerində həyatını itirib, onun sərnişini - həyat yoldaşı isə xəsarət alıb.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xəbərdarlıqlara laqeyd yanaşmamağa, baqaj daşınması qaydalarına ciddi riayət etməyə, məcburi dayanma zamanı mütləq zəruri təhlükəsizlik tədbirləri görməyə, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamağa çağırır", idarədən bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?