Modern.az

Zaqatalada gənc qız özünü asdı

Zaqatalada gənc qız özünü asdı

Hadisə

29 Aprel 2025, 19:26

Zaqatalada 24 yaşlı qız intihar edib.

Modern.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Gözbarax kəndində baş verib.

Kənd sakini 24 yaşlı Aygün Əzizovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə aşkar olunub.

İlkin araşdırma zamanı qadının intihar etdiyi məlum olub. A. Əzizovanın əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı