Modern.az

Oteldə dəhşətli yanğın - 14 ÖLÜ

Oteldə dəhşətli yanğın - 14 ÖLÜ

Hadisə

30 Aprel 2025, 08:50

Hindistanın Kəlküttə şəhərində yerləşən hoteldə baş vermiş güclü yanğın nəticəsində azı 14 nəfər həyatını itirib.

Modern.az xəbər verir ki, bu barədə "NDTV" telekanalı şəhər polisinə istinadən məlumat yayıb.

"Hadisə yerində 14 nəfərin meyiti aşkarlanıb, bir neçə nəfəri isə xilas etmək mümkün olub. Hadisə ilə bağlı xüsusi istintaq qrupu yaradılıb”, - Kəlküttə polis komissarı Manoc Kumar Verma bildirib.

Məlumata görə, yanğın artıq söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?