Modern.az

Bakıda oğurluq: 38 yaşlı kişi tutuldu

Bakıda oğurluq: 38 yaşlı kişi tutuldu

Hadisə

30 Aprel 2025, 18:48

Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı R.Bağıyev saxlanılıb.

 

Səbail rayonunda bir nəfərin bank kartını və 300 manatını talamaqda şübhəli bilinən qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktlarla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!