Modern.az

Sabirabadda ağır qəza: ölən var

Sabirabadda ağır qəza: ölən var

Hadisə

1 May 2025, 00:14

Sabirabadda ağır yol-nəqliyyat hadisə olub.

Modern.az xəbər verir ki, hadisə rayonun Çiçəkli kəndində qeydə alınıb.

Heyvan sürüsü ilə qarşılaşan “Priora” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsini yolun kənarına aşırıb. Hadisə zamanı Cəngan kənd sakinləri, Raqif Məmmədov və qardaşı Elşad Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara təcili təxirəsalınmaz tibbi yardım göstərilib. Ağır xəsarətlər alan E. Məmmədov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?