Modern.az

Külək hasarı maşının üzərinə aşırdı - Sürücü öldü

Külək hasarı maşının üzərinə aşırdı - Sürücü öldü

Hadisə

2 May 2025, 14:18

Sumqayıtda külək hasarı aşırıb, ölən var.

Modern.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.

1980-ci il təvəllüdlü Natiq Haqverdiyev hasarın kənarında ona məxsus 90-SL-568 dövlət nömrə nişanlı yük maşının saxlayan zaman güclü külək hasarı avtomobilin üzərinə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?