Modern.az

Maşın ağaca çırpıldı  - Sürücü öldü

Maşın ağaca çırpıldı  - Sürücü öldü

Hadisə

5 May 2025, 08:35

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

 

“Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar”, – məlumatda qeyd olunub.

 

Məlumata görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU