Modern.az

Babəkdə maşın aşdı: ana və oğlu yaralandı

Babəkdə maşın aşdı: ana və oğlu yaralandı

Hadisə

5 May 2025, 20:17

Babək rayonunun Yarımca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, "Renault" markalı avtomobil yoldan çıxaraq aşıb.

 

Qəza zamanı avtomobildə olan Babək rayon, Yarımca kənd sakinləri - 1979-cu il təvəllüdlü Məmmədova Gülnarə Məmmədəli qızı və oğlu, 1999-cu il təvəllüdlü Məmmədov Yaşar Abbas oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular