Modern.az

Tələbəni maşın vuraraq öldürdü

Tələbəni maşın vuraraq öldürdü

Hadisə

6 May 2025, 17:41

Ağdaşda avtomobil piyadanı vurub.

Modern.az xəbər verir ki, bu gün Ağdaş şəhərində Murad Əsədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədov vurulub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yeniyetmənin Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu