Modern.az

Bakıda 37 yaşlı kişi bıçaqlandı

Bakıda 37 yaşlı kişi bıçaqlandı

Hadisə

7 May 2025, 09:26

Bakıda kişi bıçaqlanıb.

Modern.az-ın məlumatına görə, hadisə ötən gün saat 22 radələrində Biləcəri qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğlu bıçaq xəsarəti alıb.

Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib. O, saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?