Modern.az

DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”

DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”

Hadisə

8 May 2025, 11:21

“Heç bir halda bankınız sizin məxfi məlumatlarınızı e-poçt, telefon, SMS vasitəsilə tələb etmir, “kartınıza müdaxilə var” demir, soruşmur, soğru aparmır”.

Modern.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli deyib. 

“Kartın nömrəsi, istifadə müddəti və CVV, təhlükəsizlik kodları və ya PIN-lər, OTP (birdəfəlik parol) soruşulursa, cinayət tələsidir. Heç bir kart sahibi hər hansı məlumatı verməməlidir!”, - Lumu İsrəfilli vurğulayıb.

O bildirib ki, mayın 7-də 22 fakt - kiber oğurluqlar üzrə ən yüksək məbləğ 12082, ən kiçik məbləğ 8 manat olub. Bütün zənglər xaricdən olub, oğurluqlar əsasən “karta müdaxilə” adı ilə törədilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?