Modern.az

Ağır qəzada 4 nəfər yaralandı

Ağır qəzada 4 nəfər yaralandı

Hadisə

9 May 2025, 18:55

Tərtərdə ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Tərtər rayon Cəmilli kənd sakinləri 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar təcili tibbi yardım avtomobili ilə Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?