Modern.az

Yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var

Yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var

Hadisə

10 May 2025, 17:36

Şəki rayonunda yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var

Modern.az-ın məlumatına görə, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?