Modern.az

Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var

Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var

12 May 2025, 17:40

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, traktorla yük maşını toqquşub, xəsarət alanlar var.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər