Modern.az

Ailənin 3 üzvü dəm qazından zəhərləndi

Ailənin 3 üzvü dəm qazından zəhərləndi

14 May 2025, 09:00

Daşkəsən rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Modern.az Apa-ya istinadən məlumat verir ki, zəhərlənənlər 1986-cı il təvəllüdlü Elvin Əliyev, onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Aygün Əliyeva və onların 2017-ci il təvəllüdlü azyaşlı övladı Fərid Əliyevdir.

Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər ailə üzvlərinə ilkin tibbi yardım göstəriblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

İlkin ehtimallara görə, ailə yaşadıqları evin vanna otağında dəm qazına məruz qalıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər