Modern.az

Biləsuvar sakinini ildırım vurub

Biləsuvar sakinini ildırım vurub

16 May 2025, 07:56

Biləsuvar rayon sakinini ildırım vurub.

 

Modern.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini 1981-ci il təvəllüdlü Ramin Bəşirov əkin sahəsində olan zaman yağış yağıb. Daha sonra o, yağışdan qorunmaq üçün ağac altına sığınıb. Bu zaman R.Bəşirovu ildırım vurub.

 

Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan R.Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?