Modern.az

Gəncədə restoranda BIÇAQLANMA

Gəncədə restoranda BIÇAQLANMA

Hadisə

16 May 2025, 08:52

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə hadisə şəhərdə yerləşən restoranların birində qeydə alınıb.

 

Belə ki, 1994-cü il təvəllüdlü Y. İbrahimov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Dərhal 31 yaşlı kişiyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə Y. İbrahimov restoranların birində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

 

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu