Modern.az

Bakıda küçədə 44 yaşlı qadın qaçırıldı - VİDEO

Bakıda küçədə 44 yaşlı qadın qaçırıldı - VİDEO

Hadisə

21 May 2025, 10:30

Bakının Şüvəlan qəsəbəsində 44 yaşlı qadın qaçırılıb. 

Modern.az xəbər verir ki, polis qadının zorla avtomobillə qaçırılması barədə sosial şəbəkədə yayılan görüntüləri araşdırıb.

Qadına zor tətbiq edərək qaçıran şəxs müəyyən olunub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunmuş 39 yaşlı Azər Quliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?