Modern.az

Neftçala sakini evində yanaraq öldü

Neftçala sakini evində yanaraq öldü

Hadisə

28 May 2025, 13:29

Neftçalada fərdi yaşayış evində baş verən partlayış daha sonra yanğına çevrilib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb. Belə ki, fərdi yaşayış evində Bayram Əzizov və qardaşı Babək Əzizov təmir işləri görən zaman partlayış olub və daha sonra yanğın baş verib. Hadisə zamanı Bayram Əzizov ölüb, Babək Əzizov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib, yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?