Modern.az

Xəzər Universitetində dava düşdü - Tələbə BIÇAQLANDI - VİDEO

Xəzər Universitetində dava düşdü - Tələbə BIÇAQLANDI - VİDEO

Hadisə

29 May 2025, 12:12

Xəzər Universitetində tələbəni bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O qeyd edib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

"Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır", - qurum rəsmisi deyib.

***

11:51

Xəzər Universitetində tələbələr arasında dava düşüb.

Modern.az-ın əldə etdiyi məlumata görə, tələbələrdən biri digərini bıçaqlayıb.

Hadisə yerinə təcili yardım qrupu və polis əməkdaşları cəlb edilib.

Yaralı tələbənin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular