Modern.az

Goranboyda qardaş bacısını BIÇAQLADI

Goranboyda qardaş bacısını BIÇAQLADI

Hadisə

31 May 2025, 08:09

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini 1987-ci il təvəllüdlü G. Abbasova boğazının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

 

Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Məlumata görə, G. Nəcəfovanı aralarında baş vermiş mübahisə zamanı qardaşı 1993-cü il təvəllüdlü S. Nəcəfov bıçaqlayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?