Modern.az

Şabranda "Qaz 53" dirəyə aşdı - Sürücü öldü

Şabranda "Qaz 53" dirəyə aşdı - Sürücü öldü

Hadisə

2 İyun 2025, 09:20

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində baş verib.

Belə ki, 1980-cı il təvəllüdlü Özbəy Əmirhəmzəyev idarə etdiyi "Qaz 53" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb, o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Maşında olan sərnişinlər – 2011-ci il təvəllüdlü Tərlan Balaqədəşov, 1975-ci il təvəllüdlü Gülmalı Balaqədəşov və 1990-cı il təvəllüdlü Həmid Şıxəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?