Lerikdə 3 gün öncə itkin düşən Şahin Şərifovun meyiti tapılıb.
Yaxınlarının Modern.az-a verdiyi məlumata görə mayın 31-də müəmmalı şəkildə itkin düşmüş Lerikin Hıramo kənd sakini, Lerik şəhərində yaşayan 1990-cı il təvəllüdlü Şahin Musa oğlu Şərifovun meyidi rayonun Zuvand kəndi istiqamətində tapılıb.
Allah rəhmət eləsin!
***
Lerik rayonunda 35 yaşlı kişi itib.
Modern.az xəbər verir ki, Lerik rayonun Hıramo kənd sakini, hazırda Lerik şəhərində şəhərində yaşayan 1990-ci il təvəllüdlü Şahin Musa oğlu Şərifov naməlum səbəbdən itkin düşüb.
Yaxınlarının verdiyi məlumata görə, o, 3 gündür ki, tapılmır.
Hadisə ilə bağlı polisə də müraciət olunduğu bildirilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə həmin şəxs axtarışa elan edilib. Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür