Heydər Əliyev Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən saat 14 radələrində qeydə alınıb.
Rusiya vətəndaşı olan 1959-cu il təvəllüdlü Sudabar Niftulla qızı Kazhibekovanın səhhəti qəfil pisləşib və o vəfat edib.
66 yaşlı qadının infarktdan ölməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
***
Məlum olub ki, sərnişinin ölümü S7 aviaşirkətinin Novosibirsk-Bakı reysi zamanı, hava gəmisinin bortunda baş verib.
Təyyarə saat 14:04-də eniş etdikdən sonra tibbi briqada tərəfindən ölüm faktı təsdiqlənib. Hadisə aeroport ərazisi ilə bağlı deyil.