Modern.az

Bəylə gəlin toy günü qəzaya düşdü

Bəylə gəlin toy günü qəzaya düşdü

Hadisə

4 İyun 2025, 14:50

Oğuzun Xaçmaz kəndində bəylə gəlin qəzaya düşüb.

Modern.az-ın məlumatına görə, 2001-ci il təvəllüdlü Emin Feyzullayev "Hyundai" markalı avtomobillə rayonun Sincab kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı çökəyə düşüb.

Hadisə nəticəsində sürücü və 2 sərnişini - 1981-ci il təvəllüdlü Təhminə Yusubova və 2006-cı il təvəllüdlü Mələk Feyzullayeva xəsarət alıblar.

Hadisə nəticəsində xəsarət alan E.Feyzullayev və M.Feyzullayevanın bu gün toy məclisi olacaq. Onlar gözəllik salonundan gələrkən qəzaya düşüblər.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU