Sumqayıtda baş verən yanğın zamanı xəsarət alan fəhlənin vəziyyəti məlum olub.
Bu barədə Modern.az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, iyunun 5-də saat 12:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1998-ci il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.
Bədənin bir neçə nahiyəsinin termiki və kimyəvi yanığı, II-III dərəcəli diaqnozu təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib.
Zəruri tibbi xidmətlər göstərilən və vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə edilib.
***
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd avtomobil yolunun 28-ci kilometrliyində yerləşən, hazırda fəaliyyət göstərməyən və sahibinin kimliyi məlum olmayan ərazidə yanğın hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, hadisə nəticəsində ərazidə yerləşən bir ədəd mazutvuran nasos və təxminən 30 kvadratmetr sahədə olan mazut kütləsi yanıb.
Yanğın zamanı orada fəhlə kimi çalışan Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Əliyev Famil Qələmşah oğlu termik yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.