Modern.az

Toyda döyülən şəxs xəstəxanada öldü - Tutulan var

Toyda döyülən şəxs xəstəxanada öldü - Tutulan var

Hadisə

5 İyun 2025, 20:28

Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

İlkin məlumata görə, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o, həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

***

20:26

Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən dava ölümə səbəb olub.

Modern.az "report"a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Qənbər Xudaverdi oğlu Yusubov toy mərasimində həmkəndlisi olan iki qardaş tərəfindən döyülüb.

Daha sonra Q.Yusubov xəstəxanaya aparılıb. Lakin işləri ilə əlaqədar olaraq xəstəxanada qalmaqdan imtina edib və evinə qayıdıb. Bu gün onun səhhəti getdikcə pisləşib.

O, yenidən xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi