Modern.az

Azərbaycana keçən ermənilər geri QAYTARILDI

Azərbaycana keçən ermənilər geri QAYTARILDI

Hadisə

6 İyun 2025, 22:31

Ötən gecə Azərbaycan-Ermənistan sərhədində itkin düşdüyü bildirilən iki nəfər Ermənistana qaytarılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kənd icmasının rəhbəri David Qulunts “Azatutyun”a məlumat verib.

Onun sözlərinə görə, hazırda yeniyetmələr onun yanındadır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) də həmin şəxslərin tapıldığını və hazırda Ermənistanda olduğunu təqdiqləyib.

MTX-dən daha sonra ətraflı məlumat açıqlanacağı da bildirilib.

***

12:42

Ermənistanın Sünik (Zəngəzur) bölgəsində iki azyaşlı sakin azaraq Azərbaycan ərazisinə keçib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Alınan məlumata görə, Ermənistanın Sünik rayonunun Tex icmasının sakinləri Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) 2025-ci il iyunun 6-da saat 01:20 radələrində Sünik rayonuna bitişik Aravus kəndi yaxınlığındakı ərazidə itiblər”.

Ermənistan Milli Təhlükəsizlik Xidməti onların Azərbaycan ərazisinə keçdiyini güman edir.

“Vətəndaşların yerinin müəyyən edilməsi və təhlükəsiz qayıtmasının təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür”, - deyə Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi