Modern.az

Azərbaycanda bank kartları yenə TALANDI

Azərbaycanda bank kartları yenə TALANDI

Hadisə

6 İyun 2025, 13:54

İyunun 5-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Oğurlanmış məbləğlər arasında 2200, 1950, 1050, 940, 580, 300, 252, 226, 202, 200, 200, 128, 101 və 65 manat kimi rəqəmlər qeydə alınıb.

Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi