Modern.az

3 övladından sonra özü də eyni xəstəlikdən vəfat etdi - Cəmi 28 yaşında...

3 övladından sonra özü də eyni xəstəlikdən vəfat etdi - Cəmi 28 yaşında...

Hadisə

7 İyun 2025, 14:28

Beyləqanda 28 yaşlı qadın xəstəxanada vəfat edib.

Modern.az “qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün rayonun Birinci Aşıqlı kənd sakini Lütviyyə Rübail qızı Paşayevanın şəkəri və təzyiqi qalxıb.

Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin apardığı müayinə və müalicə tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, L. Paşayeva ailəli və 4 uşaq anası olub. Lakin onun 2 övladı azyaşlı olarkən eyni xəstəlikdən həyatını itirib, digər bir övladı isə doğulduqdan sonra dünyasını dəyişib.

Mərhumun bir övladı qalıb, hazırda ikinci sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi