Modern.az

Bakıda faciəvi qəza - 3 nəfər öldü - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda faciəvi qəza - 3 nəfər öldü - ANBAAN GÖRÜNTÜLƏR

Hadisə

7 İyun 2025, 15:47

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyunun 7-də, saat 13:50 radələrində Nərimanov rayonu, Böyükşor gölü ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı (kişi cinsli) şəxs isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - məlumatda deyilir.

***

 

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında ağıq qəza baş verib.

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

İlkin məlumata görə, "Mercedes" markalı yük maşını ilə "Wolkvagen" markalı minik avtomobili toqquşub.

Avtoqəzada 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi