Modern.az

Gədəbəydə qadının üzü kəsildi - Qaynı saxlanıldı

Gədəbəydə qadının üzü kəsildi - Qaynı saxlanıldı

Hadisə

7 İyun 2025, 18:40

Gədəbəydə ailədaxili münaqişə yaranıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Əminə Tağıyeva üz nahiyyəsindən kəsici alətlə bir neçə xəsarət alıb.

 

Xəstəxanaya yerləşdirilən qadına lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

 

İlkin ehtimala görə, hadisəni qadının qaynı törədib.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 70 yaşlı Fəadil İsmayılov saxlanılıb.

 

Faktla bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və müvafiq araşdırmadan sonra məsələyə hüquqi qiymət veriləcək.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi