Komandamız konsentrasiyalı idi.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Latviya ilə keçirdikləri yoldaşlıq oyunundan (0:0) sonra təşkil olunan mətbuat konfransında deyib.
O, meydanda yaxşı təşkil olunmuş kollektiv gördüyünü bildirib: "Qələbə qazanmaq istəyirdik. İlk 15-20 dəqiqədə topa nəzarət baxımından müəyyən problemlər oldu. Ancaq sonradan vəziyyəti düzəltdik. Ümumi götürdükdə komandamız yaxşı çıxış etdi. İkinci hissədə topa nəzarət, demək olar ki, bizim tərəfimizdə idi. Rəqibin qapısı önündə təhlükəli vəziyyətlər yarada bilirdik. Latviya yığmasının isə heç bir qol epizodu olmadı. Yeganə çatışmazlıq ələ düşən vəziyyətləri qola çevirə bilməməyimiz oldu. Ümumilikdə bizim üçün pozitiv oyun alındı".
Qeyd edək ki, A milli növbəti yoldaşlıq görüşünü iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstan yığmasına qarşı keçirəcək.