Ceyranbatan qəsəbəsində iki gün əvvəl itkin düşən şəxsin meyiti aşkarlanıb.
Modern.az xəbər verir ki, 42 yaşlı Elgiz Axundovun meyiti kanalda aşkar olunub.
İlkin ehtimallara görə, o, kanalda boğularaq həyatını itirib.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü Elgiz Elbrus oğlu Axundov iki gün əvvəl evdən çıxaraq geri dönməyib, ailəsi isə axtarışlara baxmayaraq, bu günədək ondan xəbər almayıb.
Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.