Modern.az

20 yaşlı Dərya qarpızdan zəhərlənərək ölüb? - Rəsmi CAVAB

20 yaşlı Dərya qarpızdan zəhərlənərək ölüb? - Rəsmi CAVAB

Hadisə

10 İyun 2025, 16:24

Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin "qida zəhərlənməsi" (qarpız) səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

***

14:47

Xəbər verdiyimiz kimi, Bakıda 20 yaşlı Dərya Ağayeva zəhərlənərək həyatını itirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a bildirilib ki, hadisə iyunun 7-də baş verib.

Onun qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edildiyi bildirilib: "Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".

20 yaşlı qızın tələbə olduğu deyilsə də, "unikal" saytı bu məlumatın doğru olmadığını bildirib.

Məlumata görə, 20 yaşlı gənc soyuducuda olan üç gündən qalma qarpızı yeyib. Bundan bir neçə saat sonra onun vəziyyəti pisləşib. Dərya xəstəxanada vəfat edib. 

Məlumata görə, ondan sonra ailədən heç kim həmin qarpızdan yeməyib. Pirsinq və tatu ustası olan gənc qız Saatlı rayonunda dəfn olunub. O, ailənin tək qızı idi. Özündən böyük bir qardaşı var. 

Qeyd edək ki, yaxınları onun tələbə olması haqqında yayılan məlumatları təkzib edib.

1441914

1441915

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya şok təzyiq - Təxribat gözlənilir