Şəmkirdə baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.
Modern.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə nəticəsində avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılova ölüb.
Onun övladı 2021-ci il təvəllüdlü Əli İsmayılov və sürücü, 2001-ci il təvəllüdlü Ş.Huseynova xəsarət alıb.
Məlumata görə, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləridir.
***
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil idarəetmədn çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.